Müəssisənin prioritet məqsədlərindən biri səmərəlilikdir. Səmərəlilik anlayışı qısaca giriş və çıxış arasındakı nisbəti ifadə edir. Daha geniş desək, istehsal zamanı istifadə etdiyimiz işçi qüvvəsi, xammal, alət və maşınlar, enerji, su kimi resurslarla istehsalın sonunda əldə etdiyimiz məhsul arasındakı əlaqədir. Bir gün, bir ay və ya bir il kimi zaman vahidi ərzində istehsal olunan malın və ya xidmətin həcmini ölçüb onu istehsal etmək üçün istifadə etdiyimiz resursun və ya resursların miqdarına bölsək, səmərəlilik əmsalını taparıq. Eyni müddətdə eyni resurslardan istifadə etməyimizə baxmayaraq, sayca daha çox və keyfiyyətcə daha üstün məhsullar əldə ediriksə, səmərəliliyimizi artırmışıq deməkdir. Əlbəttə, bu zaman keyfiyyətdən də güzəştə getmək olmaz. Bunun üçün resurslardan rasional və qənaətlə istifadə etməyi bilmək, istehsal axınlarını araşdıraraq resurslardan daha yaxşı yararlanmağın yollarını öyrənmək vacibdir.
MES-MOM sistemlərinin iş prinsiplərini və üstünlüklərini aşağıdakı kimi sadalamaq olar:
- Sənaye prosesləri məsafədən və real vaxt rejimində izlənilir. İstehsal prosesində yaranan bütün məlumatlar (nəzarət, keyfiyyətə nəzarət, istehsala nəzarət, məlumatların saxlanması və s.) təmin edilir, vizuallaşdırma, idarəetmə və əməliyyatların icrası həyata keçirilir.
- Həm çoxsaylı axınlarda, həm də emal xətlərindəki məhsullar üçün partiyalı proseslər yüksək çevikliklə idarə olunur və nəzarətdə saxlanılır. Təlimatların əldə edilməsinə, həm resepturaların, həm də partiyaların icrasının izlənməsinə imkan verilərək sabit keyfiyyət təmin edilir və əməliyyat səmərəliliyi artırılır.
- Proseslərin xüsusiyyətlərinə uyğun şəkildə səmərəli icrası təmin edilir və istehsal sifarişləri, məhsulun təsviri, ehtiyatların izlənməsi, məlumatların toplanması kimi proseslərdə istehsalın idarə olunmasına imkan yaradılır.
- Mənfəətli, yüksək keyfiyyətli istehsala olan ehtiyac və bazarın son məhsulu təşkil edən komponentlər haqqında məlumat tələbatı məhsulun istehsal mərhələsində keçdiyi müxtəlif əməliyyat və sınaqlardan əldə olunan proses və keyfiyyət göstəricilərinin qeydə alınması ilə uzlaşdırılır.
- Performansın, dayanma müddətinin və KPI (Key Performance Indicator-Əsas Performans Göstəricisi) idarə edilməsi üçün həll yoludur. Səmərəliliyi və aktivlərdən istifadəni yaxşılaşdırmaq üçün müəssisəni təşkil edən müxtəlif maşınların, xətlərin və istehsal mühitlərinin performansını (OEE, MTBF, MTTR, TEEP…) hərtərəfli təhlil etməyə imkan verir.
- Sistemlərin və insanların birgə işlədiyi iş axınları, nasazlıq prosedurları və ya keyfiyyət, texniki xidmət və s. üzrə özünüqiymətləndirmə tapşırıqları kimi istehsal prosesi standartlarının idarə edilməsi də daxil olmaqla, müəssisə proseslərini idarə etməyə imkan verir.
- Erkən xəbərdarlıq və diaqnostika bildirişləri sayəsində istifadəçiyə çətinliklər əməliyyatlara əhəmiyyətli dərəcədə təsir edən problemlərə çevrilməzdən əvvəl müdaxilə etməyə imkan verən düzəldici, profilaktik və proqnozlaşdırıcı aktiv təhlili həlləri təqdim edir.
- Müəssisədə keyfiyyətin idarə olunmasını və izlənməsini təmin edir. Fəaliyyətlərə spesifikasiyaların idarə edilməsi, keyfiyyət üzrə nümunəgötürmənin müəyyənləşdirilməsi və tətbiqinin idarə edilməsi, seriyaların vəziyyətlərinin (vəziyyət/marşrut dəyişikliyi) və keyfiyyət hesabatlarının idarə edilməsi daxildir. Həmçinin real vaxt rejimində SPC-ni (Statistik Prosesə Nəzarət) əhatə edir və xəbərdarlıqlar yaratmaq üçün parametrləri təyin edilə bilən qrafiklərdən və qaydalardan istifadə edir.
- Enerji idarəetməsi həlləri üçün xüsusi monitorinq və təhlil tətbiqləri mövcuddur. İstehsal məlumatları (istehsal vahidləri, növbələr, günlər, saatlar…) ilə əlaqəli enerji istehlakı haqqında məlumat verir. Enerjiyə xərc kimi deyil, rəqabətqabiliyyətliliyin tərkib hissəsi kimi yanaşılır.
- İstehsal analitikası satış göstəriciləri, mənfəət və ya investisiyalar kimi biznes məlumatları ilə birlikdə istehsal prosesləri boyunca əldə edilən məlumatlar əsasında proqnozlar verməyə imkan yaradır. İdarəetmə səviyyəsində ən vacib KPI-ları əhatə edən fərdiləşdirilmiş hesabatlar və idarəetmə panelləri müəssisəniz haqqında real vaxt rejimində ümumi təsəvvür yaradır.
- Strukturlaşdırılmış məlumatları ehtiva edən verilənlər bazasının daxil edilməsi istifadəçiyə istehsal prosesi boyunca əldə olunan məlumatları təhlil etmək üçün yeni imkanlar təqdim edir. Məlumatların bu nizamlı təqdimatı qərarların qəbuluna dəstək baxımından onu daha rahat və səmərəli edir.
- Bütün modullar Web Service və ya SQL Server vasitəsilə ERP-yə (Müəssisə Resurslarının Planlaşdırılması) inteqrasiya edilə bilər. Bunun sayəsində istehsal sifarişlərinin göndərilməsi, resepturaların daxil edilməsi, material siyahılarının yaradılması kimi əməliyyatları yerinə yetirə bilərik. Bundan əlavə, MES-MOM sistemlərindən göndərilən sifarişlərin vəziyyəti, əmək, maşın və xammal kimi resurslardan istifadə və s. haqqında məlumatları real vaxt rejimində əldə edə bilərik.
Xülasə, xərcləri azalda, keyfiyyəti artıra və daha sürətli istehsal üçün lazımi məlumatları əldə edərək atılmalı addımları müəyyənləşdirə bilərsiniz. Beləliklə, istehsal axınlarınızı tənzimləyərək səmərəliliyi artıra bilərsiniz.
Oskon Avtomatlaşdırma MES və MOM sistemləri ilə istehsal axınlarınızı araşdırır, müəssisənizdən lazımi məlumatları toplayır və istehsalınızın daha səmərəli olması üçün zəruri tədbirləri görməyinizə imkan yaradır.