Tədqiqat, İnkişaf və Laboratoriya Siemens Opcenter RD&L

Opcenter-in tədqiqat, inkişaf və laboratoriya proqram məhsulları ailəsi (RD&L) müəyyən bir düstur daxilində məhsul tədqiqatı və inkişafını təşkil edir, optimallaşdırır və uyğunlaşdırır. Paketlənmiş istehlak məhsulları (CPG) üçün məlumat idarəetməsini yaxşılaşdıraraq yenilikçi bir səmərəliliy təmin edir.

Ümumi Baxış İcra Keyfiyyət İxtisaslaşdırılmış Planlaşdırma Tədqiqat, İnkişaf və Laboratoriya

CPG-də Keyfiyyəti, Təhlükəsizliyi və Bazara Çıxış Vaxtını Təkmilləşdirin

Məhsulun tədqiqi və inkişafında rəqəmsal şəbəkə toxuyaraq keyfiyyətli və təhlükəsizlik riskləri olmadan yeni məhsulları sürətlə bazara çıxarın.

Bazara çıxma vaxtını sürətləndirin

Məhsulun rəqəmsal əkizi yaradaraq məhsulun performansını simulyasiya edin və istədiyiniz kimi rəqəmsal şəkildə məhsul dizaynı üzərində işləyin.

Mürəkkəbliyi Azaldınn

Bütün tədqiqat və inkişaf fəaliyyətləri üçün giriş və versiya nəzarətini tək şirkət miqyasında identifikasiya idarəsi reyestrindən istifadə edərək təmin edin.

Keyfiyyətli Məhsuldarlığı Artırın

Tamamilə inteqrasiya olunmuş və problemsiz işləyən laboratoriya idarəetmə komponentləri ilə keyfiyyətə nəzarət dövrünü başdan sona qədər tamamlayın.

Tədqiqat, İnkişaf və Laboratoriya Üstünlükləri

Həqiqətin Yeganə Mənbəyini Qoruyun

Bütün xammal, yarımfabrikatlar, hazır məhsullar və qablaşdırma materialları haqqında aktual məlumatlar vahid anbarda saxlanılır, beləliklə tədqiqat və inkişaf fəaliyyətləri üçün axtarış fəaliyyətini daha səmərəli edir və məlumatların dəqiq olmasını təmin etməyi asanlaşdırır.

Formulanın Rəqəmsal Əkizini yaradın

Tədqiqat, inkişaf və laboratoriyanın anbarında saxlanılan məhsulun bütün xüsusiyyətlərinin virtual surətini düzəltməklə, arzu olunan dəyişikliklər və yeniliklər bu virtual nüsxə üzərində həyata keçirilə bilər. Beləliklə, bir çox imkanları istehsala girməzdən əvvəl qiymətləndirmək olar.

Məlumatları Elektron Laboratoriya Dəftərində Saxlayın

Layihə ilə bağlı məlumatları qeyd dəftəri elektron qaydada saxlamaq və idarə etmək olar. Beləliklə, ciddi məlumat təhlükəsizliyi, çeviklik və axtarış imkanı təmin edilir.

Yaxşı İstehsalat Təcrübələrinin (GMP) Uyğunluğunu Təmin Edin

Sistemdə sınaqdan keçirilmiş nümunələr sistem tərəfindən yoxlanılır ki, bu da onları pərakəndə müştərilərin və müvafiq qurumların tələblərinə uyğun olaraq ən müasir qabaqcıl idarəetmə metodlarına (GMP) uyğun idarə etməyə imkan verir.

Uyğun Etiketləməni Aktivləşdirin

Materiallar siyahısından və digər təfərrüatlardan istifadə edərək sistem avtomatik olaraq inqrediyentlərin, qida maddələrinin, allergenlərin və bütün digər zəruri məlumatların xülasəsini təqdim edir və etiketləmə üçün normativlərə uyğunluğu təmin edir.

İnteqrasiya Edilmiş Hesabatlar Yaradın

Laboratoriya və məhsulun keyfiyyəti ilə bağlı qrafiklər və tendensiyalar kimi bütün zəruri hesabatlar sistem tərəfindən avtomatik olaraq yaradılır və nəticələr spesifikasiyalara uyğun olaraq yoxlanılır.

Kullanıcı deneyimini geliştirmek ve web sitesi trafiğini analiz etmek için çerezleri kullanıyoruz. “Kabul Et” seçeneğine tıklayarak, web sitemizin Çerez Politikamızda açıklandığı şekilde çerez kullanımını kabul etmiş olursunuz.